Ölkə 15:28 12.01.2021

"Kürün səviyyəsi kəskin azala, quraqlıq ola bilər" - Türkiyəli mütəxəssis

2Bu il çox az qar yağdı. Havaların isti keçməsi səbəbindən kürün buzları əriyir. Quraqlıq olacağından qorxuruq".

Qaynarinfo xəbər verir ki, bu sözləri türkiyəli mütəxəssis Mehmet Yılmaz DHA-ya açıqlamasında deyib:

"Günəşin belə üşüdüyü Ərdəhanda Kür çayının səthi buz bağlayar və marta qədər əriməzdi. Amma bu il havalar çox istidir. Temperaturun yüksək olması Kürdə buzların da əriməsinə səbəb oldu. Quraqlıq olacağından qorxuruq. Ümid edirik ki, əvvəlki kimi qar yağar və quraqlıq olmaz".