Dünya 10:40 19.02.2020

Küveytli bloger koronavirusun müalicəsi üçün 3,2 milyard dollar istədi

Küveytin tanınmış bloger və ictimai fəalı Salva əl-Matiri koronavirusa qarşı yeni bir müalicə növü tapdığını deyib və bunun üçün bir milyard Küveyt dinarı (ABŞ valyutası ilə 3,2 milyarddan çox) tələb edib. 

Qaynarinfo xəbər verir ki, əl-Matiri bu üsulu özünün tapdığını bildirib. Aktivist xanım müalicə haqda artıq Çin səfirliyinə məlumat verdiyini deyib.
Ancaq bundan əvvəl o, Yutub kanalında koronavirusla müalicə üsulunu açması üçün bank hesabına bir milyard Küveyt dinarı köçürməsini tələb edən video yerləşdirib.
 
Alpər