İdman 20:48 05.03.2020

ÇL-in oyunu azarkeşsiz keçiriləcək: Koronavirusa görə

Çempionlar Liqasının 1/8 final mərhələsinin "Valensiya" - "Atalanta" görüşü azarkeşsiz keçiriləcək.

Qaynarinfo xəbər verir ki, UEFA koronavirus epidemiyasının sürətlə yayılmasına görə belə qərar verib.

Qeyd edək ki, qarşılaşma martın 11-i "Mestalya" stadionunda baş tutacaq. Cütün ilk görüşündə "Atalanta" 4:1 hesabı ilə qalib gəlib.