İdman 10:00 10.12.2013

ÇL: "Qalatasaray" "Yuventus"a qarşı - TƏQVİM


Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində son turun oyunlarına start veriləcək.

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma baş tutacaq.

A qrupunun lideri "Mançester Yunayted" Ukraynanın "Şaxtyor" (Donetsk) klubu qəbul edəcək. "Bayer" (Leverkuzen) klubu isə səfərdə "Real Sosyedad"ın qonağı olacaq.

B qrupunda bütün diqqətlər yenidən Türkiyəyə yönələcək. Burada yerli "Qalatasaray" klubu "Yuventus"u sınağa çəkəcək. "Cim Bom" qələbə qazanacağı təqdirdə mübarizəni pley-off-da davam etdirəcək. Digər oyunda "Real" (Madrid) klubu səfərdə "Kopenhagen"in qonağı olacaq.

C qrupunda PSJ klubu Portuqaliyaya səfər edəcək. Paris təmsilçisi Priney yarmadasında "Benfika"nın qonağı olacaq. Yunanıstanda isə "Olimpiakos" klubu "Anderlext"lə münasibətlərinə aydınlıq gətirəcək.

D qrupunda Moskva CSKA-sı Çexiyada "Viktoriya" ilə qarşılaşacaq. Bu mövsüm itkisiz irəliləyən Almaniyanın "Bavariya" klubu isə doğma azarkeşləri önündə "Mançester Siti" ilə üz-üzə gələcək.

Qeyd edək ki, ÇL-də qrup mərhələsinin oyunlarına sabah axşam keçiriləcək 8 oyunla yekun vurulacaq.



10 dekabr

Çempionlar Liqasının qrup mərhələsi, V tur



A qrupu

23:45. "Mançester Yunayted" (İngiltərə) - "Şaxtyor" (Donetsk, Ukrayna)

23:45. "Real Sosyedad" (İspaniya) - "Bayer" (Leverkuzen)

B qrupu

23:45. "Qalatasaray" (Türkiyə) - "Yuventus" (İtaliya)
 
23:45. "Kopenhagen" (Danimarka) - "Real" (Madrid, İspaniya)

C qrupu

23:45. "Benfika" (Portuqaliya) - PSJ (Fransa)
 
23:45. "Olimpiakos" (Yunanıstan) - "Anderlext" (Belçika)

D qrupu

23:45. "Viktoriya" (Çexiya) - CSKA (Moskva, Rusiya)

23:45. "Bavariya" (Almaniya) - "Mançester Siti" (İngiltərə)


11 dekabr

E qrupu

23:45. "Şalke" (Almaniya) - "Bazel" (İsveçrə)

23:45. "Çelsi" (İngiltərə) - "Styaua" (Rumıniya)


F qrupu

23:45. "Marsel" (Fransa) - "Borussiya" (Dortmund, Almaniya)

23:45. "Napoli" (İtaliya) - "Arsenal" (İngiltərə) 


G qrupu

23:45. "Atletiko" (Madrid, İspaniya) - "Porto" (Portuqaliya)

23:45. "Avstriya" (Avstriya) - Zenit" (Rusiya)

H qrupu

23:45. "Milan" (İtaliya) - "Ayaks" (Hollandiya)
 
23:45.  - "Barselona" (İspaniya) - "Seltik" (Şotlandiya)

Qaynar.info