Ölkə 10:39 17.03.2019

Lalə Şövkətdən prezidentin əfv sərəncamına reaksiya

Uzun müddətdir siyasi arenadan uzaqlaşan Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət Hacıyeva prezident İlham Əliyevin imzaladığı əfv sərəncamına münasibətini bildirib.

Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, Lalə Şövkətin sərəncamla bağlı fikirlərini partiyanın sədri Əvəz Temirxan sosial şəbəkə hesabından paylaşıb:

"Bu gün azadlığa çıxan yurddaşlarımı təbrik edirəm! Şəxsən tanıdığım Əli İnsanovu, Gözəl Bayramlını, Fuad Qəhrəmanlını və hər birinizi”.

Xatırladaq ki, prezidentin bu gün  imzaladığı sərəncamla 399 nəfər azadlığa çıxıb.