Maqazin 14:17 25.03.2019

Larri Kohen vəfat etdi

Məşhur amerikalı ssenarist və rejissor Larri Kohen 78 yaşında vəfat edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, dünən Los Ancelesdə dünyasını dəyişib. Rejissorun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, o, "Pis ögüy ana", "Təcili yardım", "Qara Sezar", "Yaşayır", "Tanrı mənə söylədi", "Ləzzətli şeylər" və s. filmlərin müəllifidir.

Larri Kohen həmçinin "Bizim kimi casuslar" filmində də rol alıb.