Dünya 22:06 23.06.2019

Latışlar pivəni sevmir

Latış xalqı pivəni sevmir. Əhalinin 46,3 faizi ümumiyyətlə bu içki növünü almır. Bununla bağlı yaşı 15-dən 74-dək olan 4000 nəfər arasında aparılmış sorğunun nəticələri açıqlanıb.

Keçirilən sorğuların nəticəsində kişilərin 26,7 faizinin, qadınların isə 64,2 faizinin pivə içmədiyi məlum olub. Əhalinin digər hissəsi isə bu alkoqollu içkini ildə bir neçə ay içir. Hər gün yalnız latviyalıların 2,4 faizi pivə alır ki, bunun da 2 faizi alkoqolsuz olanını tərcih edir.

Ümumilikdə Latviyada alkoqol istifadəçilərinin sayı azalıb. Son illər əhalinin yalnız 79,2 faizinin alkoqollu içki içdiyi məlum olub. Bunlardan da 30,5 faizi yalnız xüsusi günlərdə və əsasən aşağı faizli alkoqollu içkiyə üstünlük verir. (Azərtac)