İdman 20:10 12.05.2019

Latviya klubu Vüqar Əsgərova görə cəzalandırıldı

Latviyanın "Metta” futbol klubu bu ölkənin "Dauqavpils” klubunun hücumçusu Vüqar Əsgərova olunan təhqirə görə Latviya Futbol Federasiyasının intizam komissiyası tərəfindən cəzalandırılıb.

"Metta”nın nümayəndəsi Aleksandr Mixelsonun Vüqar Əsgərovun ünvanın işlətdiyi təhqiramiz ifadələr kluba 350 avro cəza şəklində geri qayıdıb. Hadisə martın 3-də "Metta” ilə "Dauqavpils”in oyunu zamanı baş verib. Həmin oyunda Vüqar Əsgərovun komandası onun uğurlu oyunu sayəsində rəqibinə qalib gəlib. 

"Metta”nın baş məşqçisi Andris Rixert də azərbaycanlı oyunçudan klub nümayəndəsi adına üzr istəyib. 

Xatırladaq ki, Vüqar Əsgərov bu mövsümdə Latviyanın ən yaxşı oyunçularından biri hesab olunur. Onun hesabında 8 oyundan 6 qol var. (AzərTAc)