Dünya 16:54 21.01.2022

Lavrov Blinkenlə danışıqların niyə bu qədər qısa sürdüyünü izah etdi

"Bizə yanvarın 10-da Cenevrədə Rusiya-Amerika danışıqlarında və yanvarın 12-də Rusiya-NATO Şurasındakı danışıqlarda eşidilən hər şeyi təkrarlamaq lazım deyildi”.

Qaynarinfo xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Entoni Blinkenlə Cenevrə danışıqları ilə bağlı mətbuat konfransı keçirən Rusiya xarici işlər naziri Sergey Lavrov görüşün cəmi bir saat yarım davam etməsini necə qiymətləndirdiyi ilə bağlı sualı cavablandırarkən deyib.

 "Biz bu gün təbii ki, ittifaqlar, hərbi ittifaqlar seçmək azadlığı ilə bağlı arqumentlərin təkrarlandığını eşitdik, - nazir bildirib. - Biz bir sıra sənədləri misal çəkərək göstərdik ki, alyansların bu seçim azadlığı başqa dövlətlərin təhlükəsizliyi hesabına bir dövlətin təhlükəsizliyini gücləndirəcək hər hansı addımlardan qaçmaq zərurəti ilə şərtlənir. Və biz Antoni Blinken və onun komandasından öhdəliklərin bu hissəsini necə qiymətləndirdiklərini izah etmələrini istədik”.

"Bizim bu görüşümüz aralıq görüşüydü, - Sergey Lavrov bildirib. - Və Antoni Blinken bizə gələn həftə (bu artıq bir neçə dəfə vurğulanıb) yazılı cavab vermələrinə kömək edəcək fikir mübadiləsindən məmnun olduğunu söylədi".

Alpər