Dünya 23:07 27.12.2017

Lavrov: "İŞİD bitdi, növbədə Nüsrə cəbhəsidir"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İŞİD ilə mübarizənin əsas hissəsinin başa çatdığını, növbəti hədəfin Nüsrə cəbhəsi olduğunu bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın RİA Novosti xəbər agentliyi məlumat yayıb.

Rusiyanın baş qərargah rəisi general Valeriy Qerasimov isə ABŞ-ın Suriyanı zəiflətmək üçün keçmiş İŞİD üzvlərinə təlim keçdiyi iddialarını irəli sürüb. "Yeni Suriya ordusu və ya keçmiş İŞİD-çilər ABŞ-ın Əl-Tanf bazasında təlim keçirlər", - deyə o, bildirib.
 
General həmçinin qeyd edib ki, Rusiyaya məxsus peyk və puaların İŞİD militanlarının sözügedən bazada təlim keçdiklərini aşkar ediblər.

Qeyd edək ki, ABŞ daha öncə bu barədə irəli sürülən iddiaları rədd etmişdi.