Dünya 14:24 02.11.2019

Lavrov: “Putinlə Ərdoğan axan qanı dayandırdı...”

"Ümumi vəziyyətə nəzər yetirsək, Soçidə əldə edilən razılaşma ilə artıq təhlükəli dərəcəyə çatmış qan tökülməsinin qarşısını aldıq və Türkiyə ilə kürd gücləri arasındakı problemi etibar doğuracaq tədbirlər çərçivəsinə çatdırdıq".

Qaynarinfo xəbər verir ki, buz sözləri "Rossiya 24" televiziyasında "Mejdunarodnoye Obozreniye" verilişinin qonağı olan Lavrov Rusiya Prezidenti Vladimir Putin və Prezident Rəcəb Tayyib Ərdoğanın 22 oktyabrda imzaladığı anlaşma memorandumunu dəyərləndirərkən deyib. 

Lavrov razılaşmaya əsasən, ABŞ ordusu ilə danışıqların nəticəsiz qalmasından sonra Türkiyə ordusunun Suriya ərazisinin qərbində və şərqində iki böyük bölgə qurduğunu bildirib:

"Türk ordusunun irəliləməsi Putin və Ərdoğan arasındakı razılaşma nəticəsində dayandırıldı. Türkiyə-Suriya sərhədinin geri qalan hissələrindən kürd qüvvələrinin çıxması təmin edildi. Bu bölgələrin böyük hissəsinə Suriya sərhədçiləri və Rusiya hərbi polisi daxil oldu”.

Lavrov razılaşmanın icra edilməsi zamanı həll ediləsi xeyli problem üzə çıxdığını qeyd edib:

"Ancaq Rusiya hərbi polisi Suriya sərhədçiləri ilə birgə fəlaiyyət göstərməyə başlayıb. Yerli insanlarla söhbətlər aparılır. Əməliyyatlarda iştirak etmək üçün yeni qüvvələr göndərilib. Yerli əhali onları çox yaxşı qarşılayıb”.

Alpər