Siyasət 15:48 01.03.2014

“Lazım gələrsə, Litvaya da bayrağımızı sancarıq”

Rusiyanın qalmaqallı siyasətçisi Dmitri Roqozin növbəti diqqət çəkən açıqlama verib.

 “Axar.az”ın Rusiya mediasına istinadən məlumatına görə, Roqozin Litva Xarici İşlər Nazirliyinin Krımla bağlı etiraz bəyanatına təhdidlərlə cavab verib:

 ”Litva Xarici İşlər Nazirliyi Rusiyadan tələb edir ki, niyə Rusiya bayrağı  Krım parlamenti binasında dalğalanır. Cavab verirəm – birincisi, bu, çox gözəldi və təsirlidi. İkincisi, siz litvalılar çox danışsanız, bayrağımızı sizə də sancacağıq. Üçüncüsü, diqqətinizə çatdırım ki, 2014-ci il Ukraynada rus bayrağı ilidi. Vəssalam”.

Qaynar.info