Ölkə 23:48 05.10.2017

Lənkəranda avtomobil yolunu sel basdı (VİDEO)

Lənkəran rayonunun Diryan kəndində aramsız yağan yağışlardan sonra çay daşıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Facebook” istifadəçisi Həbib Əlizadə video paylaşıb.

O bildirib ki, çay məcrasından çıxaraq avtomobil yolunu tutub:

“Hazırda avtomobil yolu ilə hərəkət etmək mümkün deyil. Ümid edirik ki, problem qısa zaman ərzində düzələcək”.

Qaynarinfo.Az