Video 19:53 04.08.2018

Lənkəranda doğuş zamanı ana və körpəsi ölüb - TƏFƏRRÜAT (VİDEO)

Lənkəranda doğuş zamanı ana və körpəsi ölüb.

Qaynarinfo xezerxeber.az-a istinadən bildirir ki, rayonun Veri kənd sakini, 35 yaşlı Elnarə Sadıqova ötən gün 40 həftəlik hamiləlik diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət edib. Doğuş gecikdiyinə görə həkimlər körpəni qeysəriyyə əməliyyatı ilə götürməyə çalışıblar. Lakin məlum olub ki, körpə tələf olub. Ana isə bu gün səhər saatlarında kəskin qanaxma nəticəsində ölüb.

Yaxınlarının sözlərinə görə, Elnarə Sadıqova mütəmadi şəkildə həkim nəzarətində olub və bu müddət ərzində onda heç bir problem qeydə alınmayıb.

Hadisə ilə bağlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, saat 9:40 radələrdinə Elnarə Sadıqovada kəskin qanaxma baş verib. Bu səbəbdən də o əməliyyat olunub. Əməliyyat zamanı isə məlum olub ki, ananın toxumalarında da qanaxma var.

Mütəxəssislərin də səyinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb. İki övlad anası olan Elnarə Sadıqovanın meyiti müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təvhil verilib. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.