Video 14:47 01.06.2018

Lənkəranda sürücülərin yarışı faciə ilə nəticələndi (VİDEO)

Lənkəran şəhərində yol qəzası baş verib.

Qaynarinfo yenicag.az-a istinadən xəbər verir ki, hadisə 5 saylı orta məktəbin yaxınlığında qeydə alınıb. "Vaz 2106” və "Nexia” markalı avtomobillərin sürücüləri yarışıblar. "Vaz 2106″nın sürücüsü döngədə yolu keçmək istəyən piyadanı vurub. Daha sonra "Vaz” çevrilib.

Qəza zamanı iki nəfər piyada və "Vaz”ın sürücüsü xəsarətlər alıb.