Foto 16:04 05.02.2018

Lənkəranda torpaq sürüşməsi olub (FOTOLAR)

Lənkəran rayonunun mərkəzindən 34 kilometr məsafə yerləşən Jidi kəndi ərazisində torpaq qatı sürüşüb.
 
Qaynarinfo xəbər verir ki, kənd sakinlərinin APA-ya verdikləri məlumata görə, sürüşmə yolda 100 metrlik ərazini əhatə edib. Lay torpaq qatının sürüşməsi nəticəsində yol keçilməz hala düşüb.
 
 
Qeyd edək ki, bu yoldan Gəgiran kəndinin sakinləri də istifadə edir.