Dekabrin 19-da Lənkəran şəhərinin Heydər Əliyev xatirə parkında ilk dəfə keçirilmiş çay, çəltik, sitrus festivalında möhtəşəm bayram konserti olub.
Qaynarinfo xəbər verir ki, axşam saatlarında baş tutan konsertdə respublikanın populyar müğənniləri iştirak ediblər. Sevimli mahnıları ilə festival iştirakçılarına xoş ovqat bəxş edən müğənnilərin çıxışları sürəkli alqışlarla qarşılanıb.
Konsert festival iştirakçılarının və şəhər sakinlərinin maraqla izlədikləri atəşfəşanlıqla başa çatıb.
Şərhlər