Gürcüstanın paytaxtı Tiflis şəhərinin Abanotubani rayonunda ötən gecə azərbaycanlı odlu silahla qətlə yetirilib.
APA-nın yerli bürosunun məlumatına əsasən, onun meyiti “Toyota” markalı avtomobildə aşkar olunub. Həmin şəxsin Rusiyada cinayət əməllərinə görə axtarışda olduğu bildirilir.
“Rustavi 2” televiziyasının məlumatına görə, öldürülən şəxs, 1975-ci il təvəllüdlü Elçin Məmmədovdur.
Kanalın yaydığı xəbərə görə, E. Məmmədovun adı “qanuni oğru” Rövşən Lənkəranskinin qətlində hallanıb.
Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən faktla bağlı Cinayət Məcəlləsinin iki - düşünülmüş qətl və odlu silahın qanunsuz əldə olunması, saxlanılması və daşınması maddəsi üzrə cinayət işi başlanıb.
Qaynarinfo.Az
Şərhlər