İdman 16:46 30.03.2020

Messidən “Barselona” ailəsinə möhtəşəm dəstək

"Bu günə qədər baş verənlərdən sonra komandanın heyətinin alacağı maaş haqda çox yazıldı. Hər şeydən əvvəl bildirmək istəyirik ki, yaranan vəziyyətlə əlaqədar biz özümüz koronavirus yayılmağa başlayandan bəri maaşların kəsilməsi fikriylə razı olmuşuq. Ümumiyyətlə, nə vaxt ehtiyac olubsa, kluba kömək edən ilk biz olmuşuq. Həmişə də bunu lazım və vacib olduğu üçün öz istəyimizlə etmişik.

Qaynarinfo xəbər verir ki, bu sözləri "Barselona”nın kapitanı Lionel Messi öz İnstaqram hesabında dünya KİV-lərində komandasında narazılıq yaranmasıyla bağlı xəbərlərə münasibət bildirərkən qeyd edib. 

O deyib ki, maaşların kəsilməsi ilə bağlı qərara komanda olaraq etiraz etməyiblər:

"Əlbəttə, klubun daxilində bizə bu addımla bağlı təzyiq edən, həmişə etmiş olduğumuz bir şeylə indi razılaşmağımız üçün aramsız zəng vuraraq bizi çətinliyə salan şəxslərin olması faktı bizi təəccübləndirmir. Əslində isə razılıq verməyimizin bir az uzun çəkməsinə səbəb bu çətin günlərdə kluba və işçilərinə birlikdə kömək etmək üçün daha yaxşı həll yolu axtarmağımız idi. 

Oyunçuların adından bildirmək istəyirəm ki, maaşların 70% kəsilməsinə razıyıq. Hətta biz klubun texniki heyətinin bu vəziyyət davam edənə qədər maaşlarını 100% almaları üçün əlavə kömək edəcəyimizi də nəzərinizə çatdırırırıq. 

Əgər bu günə qədər bu haqda danışmırdıqsa, buna səbəb olan prioritet hədəfimiz klub və yaranan vəziyyətdən əziyyət çəkən işçilər üçün ən düzgün olan qərarları müzakirə etmək idi. 

Sonda isə dünyada baş verənlərə görə əziyyət çəkən azarkeşlərə və evdə böhranın bitməsini səbrlə gözləyənlərə mənəvi dəstəyimizi göndərir, güclü olmalarını arzulayırıq. Çox yaxında bütün bunların öhdəsindən gələcəyik, özü də birlikdə. 

Yaşasın Barsa, yaşasın Kataloniya”.
 
Alpər