Ölkə 18:49 25.03.2018

Lerik işıqsız qaldı

Ötən gün axşam saatlarından etibarən Lerik rayonunda əsməyə başlayan güclü külək bir sıra fəsadlar törədib.

"Report"un Cənub bürosunun məlumatına görə, nəticədə rayonun kəndlərinə verilən elektrik enerjisi kəsilib.

Elektrik enerjisi verilişinin dayandırılmasının qabaqlayıcı tədbir olduğu bildirilir. Külək tam sakitləşdikdən sonra briqadalar xətləri yoxlayaraq, enerji verilişi bərpa olunacaq.

Külək, eyni zamanda ayrı-ayrı təsərrüfatlarda tikililərin dam örtüklərinə qismən ziyan vurub.

Bu gün səhər külək nisbətən səngiyib. Rayon mərkəzinə enerji verilişi bərpa olunub.