Lerikdə 29 ton mineral gübrə güzəştli şərtlərlə satıldı (FOTOLAR)

Lerikdə 29 ton mineral gübrə güzəştli şərtlərlə satıldı (FOTOLAR)

Fevral ayından etibarən "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır. 

Şəki, Oğuz, Göyçay, Sabirabad, İsmayıllı, Astara, Biləsuvar, Saatlı, Kürdəmir, Xaçmaz, Siyəzən, Şəmkir, Qazax, Gədəbəy, Tovuz, Ağstafa, Qusar, Xızı, Samux, Qax, Zaqatala, Balakən, Masallı rayonlarının ardınca növbəti səyyar satış aprel ayının 13-də Lerikin Noda kəndində baş tutub. Səyyar satış zamanı 20 kənd olmaqla 40-a yaxın vətəndaşa ümulikdə 28,95 ton mineral gübrə - 22,3 ton azot, 6,65 ton nitroammafoska gübrəsi satılıb.

Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edirlər.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR