Video 12:12 07.03.2020

Lerikdə torpaq sürüşməsi: ölən və yaralananlar var (VİDEO)

Martın 7-də Lerik rayonunda baş verən torpaq sürüşməsi nəticəsində yaşayış evi dağılıb.

Qaynarinfo xəbər verir ki, hadisə rayonun Çayrud kəndində qeydə alınıb. 

Torpaq sürüşməsi nəticəsində kənd sakini Arif Əlirzayevə məxsus ev dağılıb. A.Əlirzayev uçqun altında qalaraq ölüb. 

Daha iki nəfər isə xəsarət alıb.