Ləğv olunan şirkətlə bağlı ilginc məqamlar

Ləğv olunan şirkətlə bağlı ilginc məqamlar

Dünən ləğv olunduğu elan olunan "Rising Star” şirkəti 2018-ci ildə yaradılıb. 

Qaynarinfo xəbər verir ki, elanda kreditorlara iki ay ərzində tələblərini AZ1025 BAKI şəhəri, XƏTAİ rayonu, BABƏK PR, ev 10A, mənzil 80 ünvanına bildirə biləcəyləri qeyd olunub. 

Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Bağırlı Çinarə Siyasət qızıdır. 

Araşdırmalar zamanı məlum oldu ki, "Rising Star”ın qeydiyata alındığı ünvanda 2017-ci ildə "CAPITAL FOR FUTURE" Məhdud Məsuliyyətli Cəmiyyəti də yaradılıb. Bu şirkətin də qanunu təmsilçisi Çinarə Bağırlıdır. 

Şirkətlərin fəaliyyəti ilə bağlı internet resurslarında hər hansı bir məlumat yoxdur. Amma Çinarə Bağırlının Mərdəkan qəsəbəsində obyekt tikintisi sifarişi verdiyi qeydə alınıb.

Orxan Əhmədli
 

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR