İdman 11:58 22.08.2013

Levandovskiyə 5 milyon avro

"Borussiya" (Dortmund) futbolçusu Robert Levandovskinin illik gəlirinin məbləğini artırıb.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, polşalı hücumçunun illik 1.5 milyon avrodan 5 milyon avroya qaldırılıb.

Bu artımın ardından "Bild"ə danışan futbolçu klubla müqaviləsi bitənə qədər heç bir yerə getməyəcəyini deyib: " Bir il daha "Borussiya"dayam. Klubla olan bütün anlaşılmazlıqları kənara qoyduq. "Bavariya"ya transfer ola biləcəyimə inanırdım. Bu baş tutmadıqda çox əsəbiləşdim. Artıq bir problemim yoxdur".

Qaynar.info