Sənət 09:59 24.12.2016

Leyla Əliyeva gecədə şeir dedi - - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Söz” ədəbi layihəsi çərçivəsində poeziya gecəsi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, gənc şairə Leyla Əliyeva iştirak edib. Gecədəki poeziyasevərlər, gənc şairlər müxtəlif mövzularda şeirləri səsləndiriblər.

Tədbirdə, həmçinin Rusiya, Fransa və Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri şeirlər, o cümlədən Bakı haqqında şeir söyləyiblər. Eyni zamanda, Leyla Əliyeva öz şeirlərini tamaşaçılar üçün təqdim edib.

Qaynarinfo.Az