Foto 19:12 31.05.2018

Leyla Əliyeva nərə balıqlarının Xəzərə buraxılması mərasimində

Heydər Əliyav Fondunun vitse-prezidenti Leyla Əliyeva nərə balıqlarının Xəzər dənizinə buraxılması mərasimində iştirak edib.

Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, Həştərxanda səfərdə olan Leylə Əliyeva qubernator Aleksandr Jilkin və Azərbaycandan olan dövlət rəsmiləri ilə birlikdə Volqa çayının Xəzər dənizinə tökülən yerində kiçik nərə balıqlarının buraxılması mərasiminə qatılıb.

Qeyd edək ki, Xəzər dənizinin ekoloji mühitinin yaxşılaşdırılması istiqamətində Həştərxanda Balıq təsərrüfatı üzrə Xəzər Elmi Tədqiqat İnstituti kiçik nərə balıqlarının Xəzər dənizinə buraxılmasını təşkil edir.