Maqazin 18:22 04.03.2015

Leyla Əliyeva televiziyaya qayıdır

Bu gün saat 22:25-də AzTV-də dünyaca məşhur “Jeopardy!” şousunun Azərbaycan versiyası yayıma başlayacaq.

Axşam.az-ın “1news.az”a istinadən xəbərinə görə, layihənin aparıcısı Leyla Əliyeva olacaq.

Yarışma janrında olan proqramın müəllifi Merv Qriffindir. Şou ilk dəfə 1964-cü il martın 30-da ABŞ-da NBC kanalında yayımlanıb. Lisenziyalı layihənin ölkəmizdə yayımlanan versiyası “61!” adlanacaq.

Uzun fasilədən sonra yenidən efirə qayıdan L.Əliyeva verilişlə bağlı məlumat verib:

“Şou verilişləri mənlik deyil. Ona görə də uzun müddətdir efirdə yoxam. Maraqlı təklif gözləyirdim. “GameTV.az” şirkətindən - Balaş Qasımovdan təklif aldım. Sevinə-sevinə razılaşdım. Eyni zamanda bu beynəlxalq bir layihədir. Bizim də efirlərdə belə bir şounun olması sevindiricidir. İnsanlar öz biliyi ilə pul qazanacaq”.

Qaynar.info