Siyasət 21:36 04.08.2014

Leyla Yunusun sağ əli işləmir

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun səhhəti pisləşib.
Bu haqda Azadlıq Radiosuna onun həyat yoldaşı Arif Yunus məlumat verib. Arif Yunusun dediyinə görə, həyat yoldaşının səhhətinin pisləşməsinə həbsxana şəraiti səbəb olub:

«Leyla xanım şəkər xəstəsidir. Dərmanlarını vaxtlı-vaxtında qəbul etməlidir. Onun xüsusi dietik yeməkləri də var. Dərmanları qəbul etməyəndə əsəbi olur. Həmin dərmanlar Almaniyadan gətirilir. Bu cür xəstələrə stress olmaz. Həbsxana onun vəziyyətini daha da ağırlaşdırıb. Artıq fəsadlar da meydana gəlib. Vəkil dedi ki, Leyla xanımın sağ əli işləmir».

Leyla Yunus barəsində vətənə xəyanət və başqa 5 ittihamla 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Onun həyat yoldaşı Arif Yunusa da oxşar ittihamlar irəli sürülüb. O, səhhətində problemlərə görə hazırda ev dustağıdır.

Qaynar.info