Foto 18:53 30.12.2019

"Libraff" bayram tədbiri keçirdi (FOTOLAR)

Bu gün Azərbaycanın ən böyük modern kitab mağazası olan "LIBRAFF” Mağazalar Şəbəkəsinin "Park Akademiya” filialında mətbuat nümayəndələri üçün media-tur, həmçinin 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
 
Qaynarinfo xəbər verir ki, tur zamanı məlumat verilib ki, 2017-ci ilin əvvəlində fəaliyyətə başlayan "LIBRAFF”ın hazırda Bakıda 6 filialı, Gəncədə isə 1 filialı kitabsevərlərin xidmətindədir. 2020-ci ildə isə filialların sayının artırılması, bu istiqamətdə əsasən regionlarda mərkəzlərin istifadəyə verilməsi nəzərdə tutulub. 

Bayram tədbirində çıxış edən "LIBRAFF” Mağazalar Şəbəkəsinin direktoru, tanınmış aparıcı Cəlalə Nəzəroğlu bayramlar münasibətilə media mənsublarını təbrik etdi, gələcək fəaliyyətlərində uğurlar arzuladı. Əlavə etdi ki, "Libraff” Azərbaycanda yeni bir kitab mədəniyyətinin təkanı oldu. "Bu mədəniyyəti qoruyub sonrakı nəsillərə ötürmək bizim əsas missiyalarımızdan biridir. Daim bzimlə qalmağınızı arzu edərək hər birinizə öz təşəkkürümü bildirirəm.Növbəti ildən "Libraff”mağazalar şəbəkəsinin mətbu orqanı olan jurnalımız nəşrə başlayacaq. "Libraff”ın fəaliyyətində müxtəlif istiqamətli və səpkili kitablar əsas yer tutduğuna görə, oxucularımız jurnalımızda daim Azərbaycan, ingilis və rus dillərində olan bestsellerlər, peşəyönümlü kitablar və təbii olaraq, mağazalarımıza daxil olan yeni kitablar haqqında məlumat əldə edəcəklər”.

Mərasimdə bir sıra mətbu orqanlarının nümayəndələri çıxış edərək, dəvətə və xoş münasibətə görə "LIBRAFF” Mağazalar Şəbəkəsinə minnətdarlıqlarını bildirdilər. Tədbirin sonunda "LIBRAFF” adından müxtəlif hədiyyələr, endirim kartları təqdim olundu, belə bir tədbirlərin davamlı olacağı diqqətə çatdırıldı.