Ölkə 21:15 07.10.2017

Lider TV-nin rəhbərliyi dəyişdirilib? (AÇIQLAMA)

Bu gün bir neçə saytda və sosial mediada "Lider" televiziyasının rəhbərliyinin dəyişməsi haqda məlumat yayılıb. Xəbərdə iddia olunur ki, oktyabrın 7-də sözügedən telekanalın rəhbərliyi dəyişdirilib. 

Jurnalist Rüstəm Əliyevin "Lider"ə prezident, "Kəpəz TV"nin rəhbəri Fuad Cabbarov isə vitse-prezident gətirildiyi bildirilir. Məumatda o da deyilir ki, yeni rəhbərlik 1-ci gün kollektivə təqdim olunacaq.

Musavat.com məlumatın nə qədər dəqiq olub-olmadığını öyrənmək üçün "Lider" TV-nin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Sədan Bünyatova ilə danışıb. S.Bünyatova bunları deyib: 

"Lider TV-nin rəhbərliyinin dəyişməsi ilə bağlı xəbərlərin heç bir əsası yoxdur. Ədalət Əliyev dünən də, bu gün də işinin başında olub. Bu əsassız və mənbəsi bəlli olmayan xəbərlərin yayılma səbəbləri bizə də aydın deyil".

Qaynarinfo.Az