Video 16:01 01.06.2018

"Lider TV" yayımında yay mövsümünə keçdi (VİDEO)

"Televiziyalar bir sezon boyu ciddi iş rejimində işləyirlər. Bu səbəbdən də artıq dincəlməyə ehtiyacımız var. İsti yay günlərində izləyicilərin böyük qisminin istirahət edəcəyini nəzərə alaraq, biz də yayım siyasətimizi mövsümə uyğunlaşdırdıq”.

Bu barədə Qaynarinfo-ya "Lider” TV-nin mətbuat xidmətinin rəhbəri Sədan Bünyadova məlumat verilib.

S.Bünyadova bildirib ki, mövsümlə əlaqədar olaraq siyasi-analitik verilişlərin sayı azaldılıb: "Bu gündən etibarən gündə yalnız bir dəfə "Səda”nın əsas xəbər buraxılışı olacaq. Ölkədə baş verən bütün ciddi və maraqlı hadisələr 20:30-da "Səda”da təqdim olunacaq. Yay aylarında "Lider" TV-nin izləyiciləri daha çox dincələcəkləri və əylənəcəkləri proqramlar, jazz konsertlər və s. izləyəcəklər. Eyni zamanda yerli tamaşalar izləyicilərimizə təqdim olunacaq. Hansı ki, hesab edirik, "Lider" TV qədər tamaşalarımızı qayğı göstərən və onların efir üçün çəkilişini aparan digər bir kanal yoxdur. Teatrsevərlərin də gözü "Lider”də olsun”.

O, bildirib ki, mövsümdə bu istiqamətdə fəaliyyətlərini davam etdirsələr də, müəyyən qədər sosial yönümlü verilişlər işinə davam edəcək.

Yeni mövsümlə bağlı da kanalın nümaynədəsi məlumat verib: "Bütün qüvvəmizlə yeni sezonda izləyicilərimizin qarşısına çıxmaq üçün həm dincələcəyik, həm də hazırlaşacağıq”.