İdman 21:38 15.08.2019

"Linfild"i "Qarabağ"la çətin sınaq gözləyir"

Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O`Nil Avropa Liqasının pley-off mərhələsində rəqib olan "Linfild" - "Qarabağ" cütün barədə danışıb.

50 yaşlı mütəxəssis "Linfild"in çətin sınaq qarşısında olduğunu bildirib:

"Linfild"in yaxşı işlər görür, fantastik oyun göstərirlər. Onların uğuru Şimali İrlandiya çempionatı üçün də müsbətdir. Digər klublar da bundan ruhlana bilər. "Linfild"i "Qarabağ"la çətin sınaq gözləyir. Ancaq Devid Hilinin komandanı "Qarabağ"a qarşı yüksək motivasiya ilə hazırlayacağına əminəm".

Şimali İrlandiyada keçiriləcək oyun avqustun 22-də baş tutacaq. Cütün cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək./sportal.az/