Dünya 14:05 13.05.2019

Litva prezidentini seçə bilmədi

Litvada ötən gün keçirilən prezident seçkilərində ölkə rəhbərini müəyyənləşdirmək mümkün olmayıb.

Qaynarinfo Xarici KİV-ə istinadən xəbər verir ki, 9 namizədin mübarizə apardığı seçkidə iqtisadçı Qitanas Nauseda 31,52%, sabiq maliyyə naziri İnqrida Simonitenin 26,76%, hazırkı baş nazir Saulius Skvernelis isə 22,24% səs toplayıb.

26 mayda seçkinin 2-ci turu keçiriləcək. Səsvermədə Nauseda və Simonite mübarizə aparacaq.

Gülşən