Video 09:23 08.05.2019

"Liverpul" "Barselona"nı darmadağın edib, finala çıxdı (VİDEO)

Çempionlar Liqasında ilk finalçı "Liverpul" olub.

Qaynarinfo xəbər verir ki, Yurgen Kloppun baş məşqçi olduğu kollektiv yarımfinalda "Barselona"nı iki oyunun yekununda mübarizədən kənarlaşdırıb. İlk matçda 0:3 hesabı ilə uduzan mersisaydlılar cavab görüşündə daha böyük fərqlə qalib gəliblər - 4:0.

Hesabı 7-ci dəqiqədə Divok Origi açıb. 54-cü dəqiqədə Jorjino Veynaldum ikinci qolu vurub. Bundan 2 dəqiqə sonra Veynaldum, 79-cu dəqiqədə isə Origi "dubl" edib.

Beləliklə, "Liverpul" inanılmazı bacararaq, ardıcıl ikinci mövsüm finala yüksəlib. Həlledici görüşə daha bir vəsiqənin sahibi bu gün "Ayaks" və "Tottenhem" arasındakı matçdan sonra müəyyənləşəcək. Final oyunu iyunun 1-də Madriddəki "Metropolitano" stadionunda keçiriləcək.