İdman 14:20 14.07.2019

"Liverpul"dan "Real"ın ulduzuna 75 milyon avroluq təklif

"Liverpul” "Real"ın futbolçusunu transfer etmək istəyir.

Qaynarinfo xəbər verir ki, İngiltərə klubu Marko Asensioya elçi düşüb. Bildirilir ki, "qırmızılar" yarımmüdafiəçi üçün 75 milyon avro təklif edir.

"Real" isə "Liverpul"dan Sadio Maneni istəyir. "Kral Klubu" seneqallı ulduzun qarşılığında Asensionu qarşı tərəfə verməyə razıdı.

Qeyd edək ki, İspaniya millisinin üvzü olan Asensio ötən mövsüm "Real”da  43 qarşılaşmaya çıxaraq 6 qol vurub və 7 məhsuldar ötürmə verib.