Dünya 18:19 15.04.2019

Liviyada ölənlərin sayı 147-yə çatdı

Liviyada 11 gündür davam edən silahlı qarşıdurmalarda ölü sayı 147 nəfərə çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatı məlumat yayıb. Yaralıların sayı isə 614 nəfərdir. 

Qeyd edək ki, 4 apreldə General Xəlifə Həftər qüvvələri Milli Razılıq Hökumətinin nəzarətində olan Tripolini ələ keçirmək üçün hərbi əməliyyata başlayıb.

Gülşən