Dünya 16:04 25.12.2018

Liviyada nazirlik binasına hücum: 2 nəfər öldürüldü

Liviyanın paytaxtı Tripolidə Xarici İşlər Nazirliyinin binasına terror hücumu təşkil edilib.

Qaynarinfo xəbər verir ki, hücum zamanı nazirliyin İslam işlər müdiri İbrahim Əl Şaibi və Mərakeş əsilli xadimə öldürülüb.

Bildirilir ki, hücum İŞİD üzvləri tərəfindən təşkil edilib. Terrorçular nazirlik binasına daxil olaraq ətrafa atəş açıb. Hadisə zamanı nazir binada olmayıb.

Gülşən