Dünya 14:46 23.10.2020

Liviyada qalıcı atəşkəs əldə olundu

Liviyada qalıcı atəşkəsin əldə olunması ilə bağlı razılaşma imzalanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə BMT-nin Liviya üzrə missiyası rəsmi "Facebook" səhifəsində məlumat verib. 

BMT Liviya hərbi danışıqlarından sonra tərəflər arasında əldə olunan qalıcı atəşkəs razılaşmasını tarixi nailiyyət adlandırıb. 

Detallar bəlli deyil, lakin tərəflər bu gün Cenevrədə atəşkəs razılaşmasının imzalanma mərasimində iştirak ediblər.