Dünya 10:50 12.09.2018

Liviyada silahlı atışma: hava limanına raket atıldı

Siyasi böhranın hökm sürdüyü Liviyada bu dəfə Tripoli rəhbərliyi arasında qarşıdurma yaşanıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, gecə boyunca paytaxt Tripolidə atəş səsləri eşidilib.

Yerli mətbuat Milli Müqavimət Hökumətinin idarə etdiyi paytaxtda ağır silahlardan istifadə olunduğunu yazıb.

Məlumatda həmçinin qeyd olunur ki, Mitiqa Beynəlxalq Aeroportuna raket hücumu olub. Hava limanı sosial şəbəkə hesabında verdiyi açıqlamada təyyarələrin 190 kilometr uzaqlıqda yerləşən Mısrata Hava limanına yönləndirildiyini bildirib.

Qeyd edək ki, avqust ayında Tripolidə başlayan qarşıdurmalarda 78 nəfər həyatını itirib.

BMT-nin qərarı ilə bölgədə 8 günlük atəşkəs elan olunmuşdu.