İdman 12:02 21.11.2013

Ölkə dünya çempionatına vəsiqə qazandı, 12 nəfər öldü


Əlcəzair millisinin Braziliyada keçiriləcək  futbol üzrə dünya çempionatının final hissəsinə çıxması coşqu ilə qeyd edilib.
 
Lent.az-ın "BBC"yə istinadən məlumatına görə, bu bayrama kədər də qatılıb.
 
Yerli xilasedicilər bildirib ki, Əlcəzairin şərqində oyunu  izləməyə gələnləri daşıyan avtofurqonun dağdan aşması nəticəsində 5 azarkeş, ölkənin cənubundakı avtomobil qəzasında isə 4 nəfər həlak olub.  Daha 3 futbol fanatının həlak olması şəraiti barədə məlumat verilməyib.
 
Xatırladaq ki, Əlcəzair son oyunda Burkina – Fasonu 1:0 hesabı ilə məğlub edib.

Qaynar.info