Sağlamlıq 22:39 05.06.2020

Ölkədə koronavirusla bağlı son vəziyyət açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 5-nə olan statistik göstəriciləri açıqlayıb.

Qaynarinfo xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5811 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 328 min 385 test aparılıb. İndiyədək 82 nəfər Covid-19-dan dünyasını dəyişib, 3871 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2907 nəfərdir. 110 nəfər reanimasiyada, 20 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 338 yoluxma faktı qeydə alınıb, 4 nəfər dünyasını dəyişib, 134 pasiyent sağalıb.