Maqazin 21:29 05.02.2019

Ölkəmizi "Eurovision"da o təmsil edəcək

Bu il "Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adı bəlli olub.

Qaynarinfo xəbər verir ki, bu barədə müsabiqənin rəsmi fan səhifəsi "Infe Azerbaijan” məlumat yayıb. Səhifədə qeyd edilib ki, ölkəmizi bu il İsraildə baş tutacaq müsabiqədə müğənni Çingiz Mustafayev təmsil edəcək.

Qeyd edək ki, İsrailin paytaxtı Təl-Əvivdəki "Ekspo" Mərkəzində keçiriləcək müsabiqədə 42 ölkə iştirak edəcək. Yarışmanın yarımfinalları mayın 14-də və 16-da, final isə mayın 18-də baş tutacaq. Təmsilçimiz ikinci yarımfinalda çıxış edəcək (Musavat.com)