Sağlamlıq 12:54 25.02.2020

Ölkənin dərman depolarında spirt də qeybə çəkildi

Bakı apteklərində spirt tapılmır.

Bu barədə məlumat Qaynarinfo-ya Bakı apteklərindən daxil olub.

Məlumatı dəqiqləşdirmək üçün Bakıda fəaliyyət göstərən bir neçə apteklər şəbəkəsi ilə əlaqə saxladıq. Həmin apteklərdən verilən məlumata görə, iki gündür ki, depoda tibbi spirtlər yoxdur:

"Hazırda satışda spirt yoxdur. Depo ilə əlaqə saxlamışıq. Ordan bizə depoda spirtin olmadığını dedilər. Alıcılar isə çoxdur”.

Qeyd edək ki, fevralın 24-də Bakı apteklərində virus əleyhinə istifadə olunan tibbi maskalar da tapılmır.

Bahar Rüstəmli