Bakı apteklərində spirt tapılmır.
Bu barədə məlumat Qaynarinfo-ya Bakı apteklərindən daxil olub.
Məlumatı dəqiqləşdirmək üçün Bakıda fəaliyyət göstərən bir neçə apteklər şəbəkəsi ilə əlaqə saxladıq. Həmin apteklərdən verilən məlumata görə, iki gündür ki, depoda tibbi spirtlər yoxdur:
"Hazırda satışda spirt yoxdur. Depo ilə əlaqə saxlamışıq. Ordan bizə depoda spirtin olmadığını dedilər. Alıcılar isə çoxdur”.
Qeyd edək ki, fevralın 24-də Bakı apteklərində virus əleyhinə istifadə olunan tibbi maskalar da tapılmır.
Bahar Rüstəmli
Şərhlər