Dünya 16:40 27.05.2019

Ölkənin ən güclü şəxsinə 3,5 il həbs cəzası verildi

Rumıniyada siyasi nüfuzu ilə bilinən Liviu Draqnea 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

Qaynarinfo xəbər verir ki, Sosial Demokratlar Partiyasının lideri, Rumıniya Deputatlar Palatasının prezidenti korrupsiya ittihamı ilə azadlıqdan məhrum edilib. Hökmün yekun qərar olduğu bildirilir. 

Qeyd edək ki, Livia Draqnea Sosial Demokratlar Partiyası üçün çalışan 2 qadının saxta ictimai işlə təmin edilməsinə kömək edib. 

Gülşən