Foto 10:27 30.11.2018

“Lotu Quli”nin ailəsində toy (FOTO/VİDEO)

Azərbaycanlı qanuni oğru "Lotu Quli”nin (Nadir Səlifov) bacısı qızının toyu olub.

Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, qanuni oğrunun bacısı qızı Ləman Rusiyada tanınmış biznesmenin oğlu Samir bəylə ailə qurub.

Bakıda və Gürcüstanda keçirilən məclisdə azərbaycanlı məşhurlar da iştirak edib. Şairə Nazilə Səfərli toya özəl olaraq "Lotu Quli”nin anası Nurqələm xanıma "Həccə gedən gözəl anam” mahnısını yazıb.

Bəstə müğənni Şəbnəm Tovuzlunun ifasında səsləndirilib və hər iki məşhur Hacı xanımdan nəmər alıb.