Xəbər lenti

Lotu Qulinin rəqibi, mafiyanın yeni bossu “Şişkan” kimdir? (ARAŞDIRMA)
Ölkə 14:38 28.03.2018

Lotu Qulinin rəqibi, mafiyanın yeni bossu “Şişkan” kimdir? (ARAŞDIRMA)

Xəbər verdiyimiz kimi, keçmiş SSRİ ərazisində 1 nömrəli qanuni oğru "Şişkan” ləqəbli Oleq Şişkanov elan edilib.

Məlumata görə, bu məsələ Ded Xasanın varisi sayılan və hazırda həbsdə yatan Zaxari Kalaşovun da (Şakro Molodoy) "skype”la qatıldığı "sxodka”dan sonra həll edilib. "Sxodka”da o da qərara alınıb ki, keçmiş SSRİ ərazisində "obşak”a Vasili Xristoforov (Vasya Voskres) və  Merab Qoqiya (Meliya) nəzarət edəcək.

Bəs kimdir mafiyanın yeni bossu?

Qaynarinfo xəbər verir ki, sfera.az Oleq Şikanovun keçmişi haqda maraqlı məlumatlar əldə edib.

Zorlama üstündə həbs



"Şişkan” ləqəbli oğrunun ilk məhkumluğu lap gənc ikən olub. Ancaq həbsxana məhbus üçün pis sayılan maddə ilə düşüb. Dostları ilə bir qızı zorlayıb öldürmüşdülər. Sonra meyiti basdırmışdılar.

Məhkəmədə hər şeyi tək etdiyini deyib dostlarını qurtardı. Dostlar arasında ən az yaşı olan "Şişkan” idi. Əgər yaşlı dostlarının günahı sübut olunsa, güllələnə bilərdilər.

10 il həbs cəzası aldı. Zorlama maddəsi oğru dünyasına girməsinə mane olmadı.

Ən məşhur həbsxanalarda, hətta "Vladimirski Sentral”da da cəza çəkdi. Oğru qanunlara ciddi əməl etdi. Burada cinayət aləminin əfsanələri olan "Xudo” və "Şakro” kimi oğrularla tanış oldu.

"Vor zakon” kimi ilk addımları
 


1991-ci ildə azadlığa qatı cinayətkar kimi çıxdı. Məhbusluq illərində nə lazım idisə, onu öyrənmşdi. Bir il sonra "İzmaylovo” otelində qanuni oğrular "Qlobus”, "Ruslan” və "Şakro” tərəfindən taclandırıldı.

Hətta əfsanəvi "Yaponçik” də onun qanuni oğru adı almasına razlıq vermişdi. Oğru status aldığı ilk illərində regionlara və həbsxanalara ölkə boyu səfərlər etdi, həbsxana ilə azadlıqda olanlar arasında əlaqələndirici kimi işlər gördü.

Az sonra öz qruplaşmasını yaratdı. "Ramenski”  qruplaşması xeyli əraziyə nazarət edirdi. Müəyyən vaxt ərzində onun qruplaşması diğər məşhur banda- "Lyuberetski”lərlə birləşdi. "Lyuberetski” qruplaşmasında əsasən üzvlər keçmiş idmançılar idi. Oğrular və idmançılardan ibarət güclü qruplaşma reketliklə, silah alveri ilə məşğul olurdu.

1998-ci ilə "Lyuberetski”nin başına "Muxa” ləqəbli avtoritet keçəndən sonra iki bandanın liderinin sözü düz gəlmədi. Konflikt zamanı Şişkanovun evi yanaraq kül oldu. Sonradan iki lider yenə barışdı.

İrad

90-cı illərin sonunda Şişkanov oğru ideyalarından kənara çıxmağa başladı. O biznesini leqallaşdırırdı. Başqa oğrular bunu ona irad tuturdular. "Şişkan”  Moskvadakı mili azlıqlardan ibarət qruplaşmalarla əməkdaşlıq etmirdi. Narkotik alverini yasaqlamışdı. Buna etiraz edən Aksenova qarşı sui-qəsd təşkil etdi. Ancaq oğrunun əvəzinə arvadı maşında partladı.

Oleq Şişkanov bir müddət qisasdan ehtiyyatlandığı üçün xaricdə gizləndi.

Biznesmen-klub sahibi
 


Oğru keçmişindən qurtarmaq və tam leqal biznesə keçmək üçün o 2001-ci ildə familiyasını dəyişib Oleq Mixaylov oldu.

Bundan xeyli əvvəl "Saturn” futbol klubunu almışdı. 98-ci ildə klub Rusiyanın yüksək dvizionuna vəsiqə aldı.

Klubun yüksəlişi ilə qanuni oğru futbol aləmində tanınmış simalar olan Valeri Qazzayev, Yuri Syomin, millinin italyan çalışdırıcısı Fabio Kapello ilə kompaniyalarda göründü.

İnternetdə Oleq Şişkanovun başqa tanınmışlarla da xeyli fotosunu tapmaq olar.

"Ded Xasan” və "Rudik Bakinski” arasında müharibə



Ancaq bununla yanaşı oğru aləmi ilə əlaqəni üzə bilməzdi. Oğrular arasında olan konfliklərdən qaçmağa çalışırdı.

Lakin Moskvada kriminal aləmin patriarxları "Ded Xasan” və "Rudik Bakinski” arasında müharibə başlayanda o sonuncunun tərəfini tutdu.
1999-cu ildə Rudik kafelərin birində avtomatla dəlik-deşik edildi. Bundan sonra Şişkanovun "Saturn”un bazasının yanında olan avtomobili partladı.
Salamat qalmaq üçün İspaniyaya qaçdı.

Mafiyanın bossu

Sonrakı 20 il ərzində "Şişkan” kölgədə qaldı. Oğru dünyasında yeni müharibə başlamışdı. "Ded Xasan”la Tariel Oniani arasında konflikt çox başları apardı.
Ondan tərəf seçməyi tələb etsələr də neytrallığını saxladı.

Uzun illərdən sonra 2009-cu ildə "Yaponçik”in dəfnində göründü. 2014-cü ildə "Şakro” İspaniya həbsxanasından buraxıldı. "Ded Xasan”dan sonra ən qüdrətli avtoritet artıq o idi. "Şakro”nun səhnəyə qayıdışı ilə "Şişkan”ın ulduzu yenə parladı.

Köhnə dostunun ən yaxın köməkçisi oldu. "Şakro”nun həbsi ilə məhz "Şişkan”ın mafiya bossu olmağı gündəmə gəldi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->