İdman 10:30 31.05.2013

Luiş Fiqu Mourinyonun getməsindən danışdı

"Real" (Madrid) klubunun sabiq futbolçusu Luiş Fiqo bir müddət öncə Joze Mourinyonun komandanın baş məşqçi vəzifəsindən göndərilməsinə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, Fiqo Mourinyonun "Real"dan getməsinin doğru qərar olduğunu söyləyib:"Belə olacağını gözləyirdim. Məncə, çox doğru qərar idi. Təbii ki, bunu hər kəs birmənalı qarşılamır. Ancaq mən onun göndərilməsini düzgün addım sayıram. İker Kasilyasın ehtiyatda saxlanılmasına gəlincə isə Mourinyo peşəkar məşqçidir və onun qərarlarına da hörmətlə yanaşmalıyıq".

Qeyd edək ki, Fiqo 2000-2005-ci illərdə "Real"ın şərəfini qoruyub.

Qaynar.info