İdman 22:29 05.09.2020

Lük Holts: "De Byazi komandasının oyunun razı qalmalıdı"

"Qələbəyə layiq idik. Çünki ilk dəqiqələrdən sonadək meydanda dominantlıq etdik. Açığı, belə oynayacğımızı gözləmirdim. Amma son iki məşqdən sonra baxımlı oyun göstərəcəyimizə inandım. Azərbaycanın azlıqda qalması işimizə yaradı".

"Report"un məlumatına görə, bunu Lüksemburq millisinin baş məşqçisi Lük Holts UEFA Millətlər Liqasının I turunda Bakı Olimpiya Stadionunda Azərbaycanı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis bildirib ki, rəqibin matçın startından etibarən müdafiə futbolu oynaması onu təəccübləndirməyib: "Yeni baş məşqçinin 4-4-2 sistemi ilə oynayacağını gözləyirdim. Düşünürəm ki, Canni De Byazi oyunçularının çıxışından razıdır. Çünki komanda azlıqda qaldıqdan sonra yaxşı təsir bağışladı".

Lüksemburqlu baş məşqçi penaltini Gerson Rodrigesin vurmasına da münasibət bildirib: "Bunu oyundan əvvəl müəyyənləşdirmişdik. Siyahıda 3 futbolçunun adı var idi. Onlardan biri də Rodriges idi".