Dünya 18:57 02.04.2020

Lukaşenko: “Belarusda koronavirusdan cəmi üç-dörd nəfər ölüb”

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsində koronavirusun səbəb olduğu sətəlcəm nəticəsində üç, uzağı dörd ölüm hadisəsinin təsdiqləndiyini deyib.

Qaynarinfo xəbər verir ki, prezident səbəbin koronavirus olmasına şübhəylə yanaşıb: "Biz hələ dördüncü ölüm faktının koronavirusdan olub-olmadığını da yoxlayırıq".

Lukaşenko vurğulayıb ki, Minsk virus nəticəsində baş verən ölüm faktlarını gizlətmir, çünki ölüm gizlədiləsi şey deyil.
 
Alpər